Bank Of Baku

“Eurovision-2011” müsabiqəsinin qalibləri Türkiyəyə səfər edəcəklər

“Eurovision-2011” müsabiqəsinin qalibləri Türkiyəyə səfər edəcəklər
# 17 may 2011 12:57 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə qaliblər bu gün keçirilən mətbuat konfransında verilən suala cavab olaraq bildiriblər. Onlar eləcə də bu yaxınlarda Almaniyaya gedəcəklərini qeyd ediblər. Bir çox ölkələrdən dəvət aldıqlarını qeyd edən “Eurovision” qalibləri gələcəklə bağlı bir sıra planları olduqlarını deyiblər. Nigar Camal ona filmə çəkilmək təklifi gəlsə, buna razılıq verəcəyini bildirib.

Rusiya mətbuatında yer almış “Running Scared” mahnısının plagiat olması ilə bağlı iddialara gəlincə İctimai Televiziya və Radio Verilişləri şirkətinin baş direktoru İsmayıl Ömərov ictimaiyyəti bu cür təxribatlara uymamağa çağırıb.

Mətbuat konfransının sonunda Eldar və Nigar qalibiyyətdən sonra “Esprit Arena”da ifa etdikləri Müslüm Maqomayevin “Ey, əziz anam Azərbaycan” mahnısını və ölkəmizə qalibiyyət gətirən “Running Scared” mahnısını ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR