Bank Of Baku

Azərbaycan təmsilçilərinin “Eurovision” müsabiqəsində ifa etdikləri mahnı Avropada hitə çevrilir

Azərbaycan təmsilçilərinin “Eurovision” müsabiqəsində ifa etdikləri mahnı Avropada hitə çevrilir
# 18 may 2011 13:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanı “Eurovision-2011”-də uğurla təmsil edərək Vətənə qələbə ilə qayıdan Eldar Qasımov və Nigar Camalın müsabiqədə ifa etdikləri “Running Scared” mahnısı Avropada hitə çevrilir. APA-nın məlumatına görə, mahnı artıq Britaniyada “Top-40”, İrlandiyada “Top-30”-da yer alıb. Norveç və Avstriyada isə qalib mahnımız artıq ən populyar hitlərdən ibarət onluqdadır. “Running Scared” Almaniyada “Top-10”-da 5-ci, Yunanıstan, İsveç və İsveçrədə 2-ci, Lüksemburqda isə 1-cidir.

Azərbaycana qalibiyyət gətirən Eldar Qasımov və Nigar Camalın müsabiqənin finalındakı çıxışı video portallarında da rekord sayda izlənilir. “Eurovision” Avropanın mahnı müsabiqəsi olsa da, “YouTube” saytının statistikası göstərir ki, Eldar və Nigarın videosu Asiya, Şimali Amerika və Avstraliyada da populyardır.

Müsabiqənin “Youtube”-dakı səhifəsində Azərbaycan təmsilçilərinin videosu mayın 14-də yerləşdirilib və bu günə kimi artıq 1 milyon 146 min 704 dəfə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR