Bank Of Baku

Azad Rəhimov: ““Eurovison-2012” üçün Azərbaycanda yeni konsert kompleksi tikilə bilər”

Azad Rəhimov: ““Eurovison-2012” üçün Azərbaycanda yeni konsert kompleksi tikilə bilər”
# 19 may 2011 10:03 (UTC +04:00)
Onun sözlərinə görə, 2012-ci ildə “Eurovison”un Azərbaycanda keçirilməsi yeri ilə bağlı hazırda üç məsələ gündəmdədir: “Bunlardan biri Heydər Əliyev adına İdman Konsert Kompleksi ilə bağlıdır. Kompleksdə təmir işlər aparılıb. Orada 7800 oturacaq var, 1000-ə yaxın da artırmaq olar”.

Nazirin sözlərinə görə, ikinci variant Tofiq Bəhramov adına Respublika Stadionudur: “Mahnı müsabiqəsi burada da keçirilə bilər. Amma ən əsas və maraqlısı yeni layihədir. Bakının ən gözəl, mənzərələri yerlərindən birində, məsələn, Dənizkənarı Parkda və ya Bayraq Meydanında yeni, böyük konsert kompleksi tikmək olar”.

A. Rəhimov qeyd edib ki, kompleksin tikintisi modul sistemlə həyata keçirilsə, işləri “Eurovison-2012”-dək başa çatdırmaq olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR