Bank Of Baku

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” müsabiqəsinin keçiriləcəyi tarixlər məlum olub

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” müsabiqəsinin keçiriləcəyi tarixlər məlum olub
# 24 may 2011 14:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi tarixlər açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumatda bilidirlib ki, Bakıda keçiriləcək 57-ci “Eurovision” müsabiqəsi mayın 22-si, 24-ü və 26-da keçiriləcək. Mayın 22-də müsabiqənin I yarımfinalı, 24-də II yarımfinalı, mayın 26-da isə müsabiqənin final mərhələsi baş tutacaq. Məlumatda o da bildirilib ki, hazırda müsabiqənin keçirilməsinə hazırlıq prosesi davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR