Bank Of Baku

Eldar və Nigar Ukraynada mətbuat konfransı keçirəcəklər

Eldar və Nigar Ukraynada mətbuat konfransı keçirəcəklər
# 26 may 2011 15:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Yenicə Vətənə qayıdan “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycana qaliblər qazandıran Eldar Qasımov və Nigar Camal gələn həftə Ukraynaya səfər edəcəklər. APA-nın qaliblərin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, səfər çərçivəsində Azərbaycandan olan duet bir neçə dəfə Ukrayna mətbuatında da görünəcəklər. Mayın 31-də onların mətbuat konfransının keçirəcəyi gözlənilir.

Onu da bildirək ki, Azərbaycan hər il “Eurovision” müsabiqəsində iştirakında Ukraynanın “EuroMedia” şirkəti ilə əməkdaşlıq edir. Qaliblər bu səfər zamanı əməkdaşlıq etdikləri şirkətə də baş çəkəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR