Bank Of Baku

Taliban tərəfdarları “Aşkı-Memnu” serialının yayımı dayandırılmasa, “Tolo” kanalının binasını bombalayacaqlarını bildiriblər

Taliban tərəfdarları “Aşkı-Memnu” serialının yayımı dayandırılmasa, “Tolo” kanalının binasını bombalayacaqlarını bildiriblər
# 27 may 2011 16:28 (UTC +04:00)
Bakı-APA. “Aşkı-Memnu” teleserialının Əfqanıstanın “Tolo” kanalı ilə yayımlanması ölkədəki Taliban tərəfdarlarının etirazına səbəb olub. APA-nın məlumatına görə, bu teleserialın əfqan ailə mənəviyyatı ilə uyğun gəlmədiyini iddia edən radikal islamçılar Taliban rəhbərliyindən yayım dayandırılmayacağı təqdirdə telekanalı bombalamağı tələb ediblər. Radikal islamçılar serialı əxlaqsızlığı təbliğ edən vasitə kimi dəyərləndirib və yayımın dayandırılması üçün internetdə kampaniyaya başlayıblar. Qeyd edək ki, “Tolo” kanalı ilə həftədə beş dəfə yayımlanan “Aşkı-Memnu” dizisi Əfqanıstanda ən yüksək reytinqə malik serial sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR