Bank Of Baku

EBU: Azərbaycanın qələbə qazandığı “Eurovision-2011” yarışmasının finalını 70 milyon tamaşaçı izləyib

EBU: Azərbaycanın qələbə qazandığı “Eurovision-2011” yarışmasının finalını 70 milyon tamaşaçı izləyib
# 31 may 2011 20:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision -2011” yarışmasının final mərhələsini 70 milyon tamaşaçı izləyib. APA-nın müsabiqənin rəsmi internet ünvanına istinadən yaydığı xəbərə görə, bu rəsmi rəqəmi Avropa Yayım Birliyi (EBU) bu gün açıqlayıb. Məlumatda bildirilir ki, mayın 10-u və 12-də keçirilən yarımfinal kosnertlərini müvafiq olaraq 24.8 və 19.7 mln. tamaşaçı izləyib. Ümumilikdə isə bu rəqəm 114.5 milyon təşkil edir və bu da keçən ildən 9 mln çoxdur. “Eurovision-2011” yarışması da ötən illərdə olduğu kimi bütün iştirakçı ölkələrdə canlı yayımlanıb. Eyni zamanda müsabiqədə iştirak etməyən Kosova, Qazaxıstan, Avstraliyada və Yeni Zelandiyada da canlı olaraq nümayiş etdirilib. Builki müsabiqə 15 milli radio da yayımlanıb ki, bu da rəqəmlərdə rekordları qırır. “Eurovision” müsabiqəsinin icraçı direktoru Jon Ola Sand deyib ki, bu yalnız 7 və ya 5 saatlıq şou deyil, bu həm də reytinqin uğurudur: “Bütün avropada, bir çox yayımçılar keçən ilki rekordları qırıblar. Bu sanki sehrli bir şeydi, çünki milyonlarla insan eyni maraqları bölüşürlər və bu coşğunu yaşayırlar”.

İnternetdə online olaarq 56-cı “Eurovision”müsabiqəsini 804.000 insan izləyib. Müsabiqənin rəsmi interne saytı olan eurovision.tv-də isə 87 milyon nəfər builki müsabiqəyə tamaşa edir. Bu da ötən ildən 8 faiz çoxdur.

“Eurovision-2011” müsbaiqəsində tədbirlərin təşkilatçısı Sitse Beyker ildən-ilə sosial media aktivliyini müşayiət etdiklərini bildiri. Onun sözlərinə görə, facebook social şəbəkəsində “Eurovision” səhifəsinə 400000 nəfər qoşulub, tvitterdə də isə “Eurovision”la bağlı aktivlik qalxıb. O da bildirilir ki, Azərbaycanın qələbə qazandığı “Eurovision-2011” yarışmasını 36 000 tamaşaçı Düsseldorfun “Esprit Arena”sından izləmək imkanı qazanıb.

Qeyd edək ki, 56-cı “Eurovision” yarışmasında Azərbaycan təmsilçiləri Eldar və Nigar 43 ölkə təmsilçisi arasında birincilik əldə ediblər. Növbəti il bu müsabiqəyə məhz Azərbaycan ev sahibliyi edəcək. Mayın 22-si və 24-də müsabiqənin yarımfinalları, 26-da isə final mərhələsinin keçiriləcəyi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR