Bank Of Baku

“Eurovision” qalibləri Eldar və Nigar Azərbaycanın bölgələrinə turneyə çıxacaqlar

“Eurovision” qalibləri Eldar və Nigar Azərbaycanın bölgələrinə turneyə çıxacaqlar
# 01 iyun 2011 13:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Eldar Qasımov və Nigar Camal yay müddətində bir sıra layihələr gerçəkləşdirmək niyyətindədirlər. APA-nın əldə etdiyi məlumata görə, bu layihələr arasında qaliblərin Azərbaycan bölgələrinə turneyə çıxması da var. İctimai Televiziya və Radio Yayımları Şirkətinin təşəbbüsü ilə həyata keçirilməsi nəzərdə tutulan bu layihə çərçivəsində Eldar və Nigar Gəncə, Qəbələ, Şəki və digər bölgələrdə konsertlərinin keçirilməsi nəzərdə tutulur. 56-cı “Eurovision” qalibləri daha sonra İstanbul, Sankt-Peteburq, Moskva və digər əsas şəhərlərdə silsilə konsertlərlə çıxış edəcəklər. Eldar Qasımov və Nigar Camalın Sankt-Peterburqdakı çıxışları Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunacaq konsertdə olacaq. Bu konsertdə Ell&Nikki müstəqilliyimizə həsr olunmuş himni də səsləndirəcəklər. Bu, layihə qaliblərin əməkdar artist Tünzalə Ağayeva ilə birgə layihəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR