Bank Of Baku

Eldar Qasımov və Nigar Camalın ilk albomu işıq üzü görəcək - FOTO

Eldar Qasımov və Nigar Camalın ilk albomu işıq üzü görəcək - <font color=red>FOTO</font>
# 02 iyun 2011 13:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımvoa-APA. Azərbaycanı “Eurovision-2011” müsbaiqəsində təmsil edən və qələbə qazanan Ell&Nikkinin qalibiyyətdən sonra ilk albomları çıxacaq. APA-nın məlumatına görə, bu qaliblərin birgə diski olacaq. Disk hazırlığı həm Almaniyada, həm də İsveçdə aparılacaq. Albomda “Running Scared” mahnısının müəllifləri Stefan Örn və Sandra Byurmanın da mahnıları yer alacaq.
Müsabiqənin rəsmi internet saytının yazdığı məlumata görə, Ell&Nikki yeni albomları hazır olduqdan sonra tam yeni proqramla Avropa turnesinə çıxacaqlar. Bununla bərabər, hazırda Moskvada olan qaliblər sabah “Olimpiya” Mərkəzində keçiriləcək “Muz-TV Awards”da çıxış edəcəklər. O da məlum olub ki, qaliblər Moskvada “Eurovision-2011” müsabiqəsindəki geyimlərində, eyni dekorasiyada və həmin 4 bek-vokalçı ilə birgə səhnəyə çıxacaqlar. Eldar və Nigar “Running Scared” mahnısının tam müsabiqə versiyasını ifa edəcəklər.

Bu tədbirdə Almaniyanın tanınmış "Tokio Hotel" qrupu, eləcə də "Eurovision-2009" müsabiqəsində Azərbaycanı Aysel Teymurzadə ilə birgə təmsil edən Araş və dünya ulduzu Şeron Stoun iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR