Bank Of Baku

Amerikalı müğənni Azərbaycan bəstəkarının mahnısını ifa edəcək - FOTO

Amerikalı müğənni Azərbaycan bəstəkarının mahnısını ifa edəcək - <font color=red>FOTO </font>
# 02 iyun 2011 13:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın tanınmış bəstakarı və produserı İsa Məlikov Çernoqoriyada keçirilən "Suncane Skale" festivalı üçün mahnı bəstələyib. Bununla bağlı APA-ya açıqlama verən İsa Məlikov bildirib ki, onun “Power:Positive” mahnısını Glenys Vargas və Kevin Ettiene ifa edəcəklər.Mahnıda Azərbaycanın milli elementlərindən də istifadə olunub: “Mahnıda saz, nağara və digər milli musiqi alətlərimizdən də istifadə etmişəm. Çox ritmik və Azərbaycan musiqisinə xas elementlərlə bol bir musiqidir. Çox sevinirəm ki, bu cür mahnı xaricilər tərəfindən ifa olunacaq. Əsasən da belə bir beynəlxalq festivalda Azərbaycan adının səslənməsi gözəl bir haldır”.

"Suncane Skale" festivalında 22 ifaçı yarışacaq. Glenys Vargas əslən amerikalıdır və qara dərilidir, o, 2010-cu ildə “Eurovision” mahnı müsabiqəsində Albaniyanı təmsil etmiş Juliana Pashanın bek-vokalçısı olub. Kevin Ettiene isə Böyük Brtinaiydandır. Hazırda cütlük Romada yaşayır. Müğənniləri səhnədə bu il Makedoniyanı təmsil etmiş rəqqaslar - Jana Andrejevic, Martina Srbinoska, Dardan Selmani, Ljupcho Atanasov, Marko Pesic və Ivan Angelkovski müşayiət edəcəklər. Festivalın finalı iyulun 5-də keçiriləcək.

Qeyd edək ki, İsa Məlikov “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi olan Nigar Camalın produseridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR