Bank Of Baku

Tanınmış iş adamı və müğənni Emin Ağalarov Moskvada “Eurovision 2011”in qaliblərinin şərəfinə ziyafət verib - FOTOSESSİYA

Tanınmış iş adamı və müğənni Emin Ağalarov Moskvada “Eurovision 2011”in qaliblərinin şərəfinə ziyafət verib - <font color=red>FOTOSESSİYA</font>
# 03 iyun 2011 12:39 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskvanın “Lotto Plaza” ticarət mərkəzinin “Zafferano” restoranında keçirilən qonaqlıq mərasimdə Eldar və Nigar onlara uğur gətirən “Runnig scared” mahnısnı ifa ediblər. Tədbiri giriş sözü ilə açan Rovşən Əsgərov həmyerlilərimizin Azərbaycanın mədəni həyatında qazandıqları ən böyük uğurdan danışıb. O, Eldar və Nigarın uğurunun bütün Azərbaycanın qələbəsi olduğunu bildirib. Rusiya mətbuatının və tanınmış yerli şou biznes nümayəndələrinin qatıldığı mərasim açıq hava altında keçirilib. Jurnalistləri maraqlandıran suallara cavab verən Eldar və Nigar “Eurovision” musiqi yarışmasında maraqlı anlar yaşadıqlarını bildiriblər. Onlar həmçinin bugünkü görüşün başlıca səbəbkarının Emin Ağlaraov olduğunu vurğulayıblar.

Gecədə Rusiya şou biznesinin tanınmış nümayəndələri Katya Lel, “Çay v dvayom” qrupu, Diana Qurtskaya, “Rusiyanı Eurovision 2011”də təmsil edən Aleksey Vorobyovun musiqi prodüseri Dmitriy Melnikov və başqaları iştirak ediblər.

Qeyd edək ki, “Zafferano” restoranında keçirilən gecədə Eldar və Nigarla birlikdə səhnəyə həmçinin Emin Ağalarov da çıxıb. Özünün “Vonder” albomundan olan mahnılarını ifa edən Emin Ağalarov səhnədən Eldar və Nigarı bu qalibiyyət münasibəti ilə təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR