Bank Of Baku

“Eurovision-2011” qaliblərinin prodüseri bəstəkar İsa Məlikov olacaq

“Eurovision-2011” qaliblərinin prodüseri bəstəkar İsa Məlikov olacaq
# 06 iyun 2011 08:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın tanınmış bəstəkarı və prodüseri İsa Məlikov Azərbaycana “Eurovision-2011” qələbəsini gətirən Nigar Camalla bərabər, Eldar Qasımovun da prodüserliyini edəcək. APA-nın məlumatına görə, İsa Məlikov bundan sonra hər iki qalib müğənni ilə əməkdaşlıq edəcək. İ.Məlikov bildirib ki, eyni anda iki qalibin prodüserliyini həyata keçirmək çox gözəl bir işdir: “Bəli, mən həqiqətən də Eldarın prodüseri olmuşam və eyni zamanda da Nigarın prodüseriyəm. Ancaq Eldarla mənə daha asandır, çünki onun prodüserliyini həmçinin Ukraynanın “Euromedia” şirkəti həyata keçirir. Artıq birgə gücümüzü səfərbər edəcəyik və mən Eldarın mahnıları ilə məşğul olacağam”.

Qeyd edək ki, Nigar Camalın “Eurovision” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün namizədliyini məhz İsa Məlikov irəli sürüb və ona əvvəldən prodüserlik edib. Eyni zamanda tanınmış prodüser və bəstəkar “Eurovision-2009” müsabiqəsi üçün Aysel Teymurzadənin namizədliyini irəli sürmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR