Bank Of Baku

Eldar və Nigar Türkiyədə “Türkvision” musiqi yarışmasında çıxış edəcəklər

Eldar və Nigar Türkiyədə “Türkvision” musiqi yarışmasında çıxış edəcəklər
# 07 iyun 2011 14:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycana qalibiyyət sevinci bəxş edən Eldar və Nigar Türkiyədə keçiriləcək “Türkvision” musiqi festivalında çıxış edəcəklər. Bununla bağlı APA-ya açıqlama verən müğənnilərin prodüseri İsa Məlikov bildirib ki, 14 iyunda başlanacaq bu festivala Eldar və Nigar qardaş ölkədən xüsusi dəvət alıb. Dənizlidə baş tutacaq festivalda 20-dən artıq ölkə sənətçisi türkçə mahnılar səsləndirəcək. Eldar və Nigarla birgə Türkiyənin tanınmış sənətçisi Keremcem festivalın xüsusi qonaq sənətçiləri sırasında səhnəyə çıxacaqlar.

İsa Məlikov qeyd edib ki, Eldar və Nigara qalibiyyətdən sonra çoxsaylı dəvətlər gəlir və hazırda onlar üçün proqram hazırlanır. Iyunun 16-da Eldar və Nigar Türkiyədə keçiriləcək gözəllik müsabiqəsində də çıxış edəcəklər. Bu müsabiqədə isə dünyanın 30-dan artıq ölkəsindən iştirakçı olacaq.

Qeyd edək ki, “Türkvision” musiqi yarışması üç gün boyunca Delikliçınar Meydanı və Açık Hava Teatrında baş tutacaq. Bu yarışma Türkiyənin “TRT” kanalı ilə canlı yayımlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR