Bank Of Baku

“Running Scared” mahnısı Avropanın 10-dan artıq ölkəsinin hit-paradında birinci pillədədir – FOTO

“Running Scared” mahnısı Avropanın 10-dan artıq ölkəsinin hit-paradında birinci pillədədir – <font color=red>FOTO </font>
# 11 iyun 2011 11:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Almaniyanın Düsseldorf şəhərində baş tutan “Eurovision-2011” müsabiqəsində ifa olunan mahnılar Avropada bütün hit-paradların ən yüksək pillərindədirlər. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, bu sırada müsabiqənin birincisi olmuş Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın ifa etdikləri “Running Scared” mahnısı da var. Saytın yaydığı məlumatda qeyd olunub ki, mahnımız tək Azərbaycanda yox, bir çox Avropa ölkəsinin hit-paradlarında birinci yerdə dayanır. Bu sırada Böyük Britaniyanın “Blue” qrupunun ifa etdiyi “İ can”, İrlandiya təmsilçiləri “Lipstick”in mahnısı da var. Bu mahnılar da tək öz ölkələrində deyil, 10-dan artıq Avropa ölkəsində birinci yerdədir.
56-cı “Eurovision” müsabiqəsinin bir çox mahnısı isə milli çarxlarda yüksək pilləni qazanır və proses hələ də davam edir. Bu sırada builki müsabiqənin ən yaddaqalan mahnıları olan İrlandiya, İsveç, Norveç, Almaniya, Fransa, İsveçrə, Estoniya, Finlandiya, Danimarka təmsilçilərinin mahnılarını qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR