Bank Of Baku

Bakıda keçiriləcək “Eurovision-2012” yarışması ilə bağlı müvafiq saytlarda müsabiqə iştirakçılarını maraqlandıran lazımi məlumatlar yerləşdirilir

Bakıda keçiriləcək “Eurovision-2012” yarışması ilə bağlı müvafiq saytlarda müsabiqə iştirakçılarını maraqlandıran lazımi məlumatlar yerləşdirilir
# 11 iyun 2011 14:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gələn il Bakıda keçiriləcək “Eurovision-2012” yarışması ilə bağlı müvafiq saytlarda müsabiqə iştirakçılarını maraqlandıran lazımi məlumatlar yerləşdirilir. APA-nın xəbərinə görə, müsabiqə iştirakçılarının əsas istifadə etdikləri internet saytlarından biri hesab olunan Azərbaycanın “Eurovision” üzrə rəsmi fan-klubunun saytında bu prosesə başlanılıb.

“Ogae Azərbaycan”ın vitse-prezidenti Ömər Əbdülkərimov bildirib ki, ogae.az saytı paytaxtda keçiriləcək 57-ci “Eurovision” yarışması üçün yenilənib. Çoxsaylı insanların daxil olduğu bu saytda ev sahibi olduğumuz üçün paytaxtda fəaliyyət göstərən mehmanxanalar haqqında ətraflı məlumatlar yerləşdirilib. Ümumi formatı da yenilənən internet protalında ayrıca turizm məlumatları bölməsi yaradılıb. Bu bölmədə Azərbaycanın zəngin tarixi və mədəniyyəti haqqında ətraflı bilgilər toplanılıb. Bakı və paytaxta yaxın ərazilərdə tikilməkdə olan otellər və əyləncə mərkəzləri haqqında da məlumatlar var.

Vitse-prezidentin sözlərinə görə, artıq “Eurovision-2012” müsabiqəsi üçün Azərbaycana gəlmək istəyən bir sıra əcnəbilər mehmanxana axtarışına başlayıblar və sayt bu baxımdan onların yardımına çatacaq. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR