Bank Of Baku

Azərbaycanın “Eurovision-2012” təmsilçisinin seçilməsi prosesinə bu ilin sentyabrından başlanacaq – FOTO

Azərbaycanın “Eurovision-2012” təmsilçisinin seçilməsi prosesinə bu ilin sentyabrından başlanacaq – <font color=red>FOTO </font>
# 14 iyun 2011 15:10 (UTC +04:00)
APA-nın məlumatına görə, hər il olduğu kimi, bu il də göstərilən tarixə kimi ölkələr iştiraklarını Avropa Yayım Birliyinə təqdim etməlidirlər. Artıq 11 ölkə növbəti ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan 57-ci “Eurovision” müsabiqəsində iştirak edəcəyi ilə bağlı ilkin istəyini açıqlayıb. Bu ölkələr Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, İsveç, Macarıstan, Niderland və Slovakiyadır. Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision-2011” yarışmasında 43 ölkə iştirak edib.

Azərbaycanın “Eurovision-2012” təmsilçisinin seçilməsi prosesinə isə bu ilin sentyabrından başlanması nəzərdə tutulur. Seçimlərin hansı formada aparılacağı hələ dəqiq müəyyənləşməyib. Azərbaycan təmsilçisinin kimliyinin yanvarın sonlarında məlum olacağı planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan builki yarışmanın qalibi olduğu üçün növbəti il birbaşa finalda çıxış etmək şansı qazanıb. Təmsilçimiz mayın 26-da keçirilməsi nəzərdə tutulan “Eurovision-2012” müsabiqəsinin finalında çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR