Bank Of Baku

“Eurovision-2011” qaliblərinin Türkiyədə imzalanma mərasimi keçirilib – FOTOSESSİYA

“Eurovision-2011” qaliblərinin Türkiyədə imzalanma mərasimi keçirilib – <font color=red>FOTOSESSİYA</font>
# 17 iyun 2011 08:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalın Türkiyədə imzalanma mərasimi keçirilib. APA-nın məlumatına görə, bu mərasimdə iştirak edən azərbaycanlı qaliblər Türkiyədə pərəstişkarlarının böyük marağı ilə qarşılaşıblar. Onlardan imzalı disk almaq üçün mərasimə çoxsaylı insanlar toplaşıb. Sevənlərini səmimi və mehribanlıqla qarşılayan duet ortaqları Azərbaycana qalibiyyət gətirən “Running Scared” mahnısının yer aldığı xüsusi CD-ni onlar üçün imzalayıblar. Eyni zamanda Ell&Nikki onlarla xatirə fotosu çəkdirmək istəyənlərin də arzusunu gerçəkləşdiriblər. İmzalanma mərasimindən razı qalan Eldar və Nigar yenidən Türkiyəyə gələcəklərini, tam yeni mahnılarla konsert verəcəklərini bildiriblər. Qaliblər eyni zamanda “Turkvision” yarışmasında da xüsusi qonaq kimi iştirak ediblər. Onlar səhnədə “Eurovision”da çıxış zamanı geydikləri geyimlərlə çıxış edərək “Running Scared” mahnısını səsləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR