Bank Of Baku

“Oskar” mükafatının Nizamnaməsinə dəyişiklik edilib

“Oskar” mükafatının Nizamnaməsinə dəyişiklik edilib
# 17 iyun 2011 11:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Amerika Kino Akademiyası “Oskar” mükafatının Nizamnaməsinə dəyişiklik edib. APA-nın Amerika Kino Akademiyasının saytına istinadən yaydığı məlumata görə, nəzərəçarpan dəyişiklik ondan ibarətdir ki, indi “Ən yaxşı film” nominasiyasında 5-10 film mükafat almaq üçün mübarizə apara bilər. Filmlərin dəqiq sayı mükafata layıq görülə biləcək filmlərin elan edilməsindən sonra bəlli olacaq.

“Ən yaxşı sənədli film” və “Ən yaxşı qısametrajlı film” nominasıyasında da dəyişikliklər edilib. Bu dəyişikliklər filmlərin çəkildiyi dövrə aiddir. Əvvəl bu dövr sentyabrdan növbəti ilin həmin ayına kimi nəzərə alınırdısa, indi bu dövr təqvim üzərində uyğunlaşdırılıb.

Yeni dəyişikliklər heç də qeyri-adi deyil. Akademiya bu cür dəyişiklikləri demək olar ki, hər il edir. Keçən il “Ən yaxşı film” nominasiyasında filmlərin sayı 10-a çatdırılıb. Bu, tamaşaçıların marağını artırmaq üçün istisna hal kimi tədbiq edilib. Lakin buna baxmayaraq ötən illə müqayisədə bu il “Oskar” mərasiminin reytinqi 10 faiz aşağı düşüb.

“Oskar”ın növbəti, 84-cü təqdimat mərasimi 2012-ci il fevralın 26-da keçiriləcək. Nominantlar isə yanvarın 24-nə kimi elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR