Bank Of Baku

Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla: “Eldar Qasımov üçün xüsusi güzətşlər nəzərdə tutulmayıb”

Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla: “Eldar Qasımov üçün xüsusi güzətşlər nəzərdə tutulmayıb”
# 20 iyun 2011 14:03 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında BSU-nun rektoru, professor Kamal Abdulla bildirib. Rektor qeyd edib ki, Eldar Qasımovun qələbəsi tək onun yox, bütün Azərbaycanın qələbəsidir: “Amma qalib həqiqətən də bir müddət dərslərdə iştirak etməyib və bu məsələ tərəfimizdən müzakirə olunub. Eldar bu müsabiqənin qalibidir və bu da hər birimizi sevindirir. O, axı həm də tələbədir və mövcud vəziyyətlə əlaqədar bir müddət dərslərdə iştirak edə bilməyib. Onun qovulması ilə bağlı da məsələ var idi, ancaq müzakirə elədik. Hər halda Eldara buraxdığı dərsləri yenidən öyrənmək üçün müəyyən zaman veriləcək. Biz bu prosesi dərslərini müxtəlif səbəblərdən buraxmağa məcbur olan tələbələrə də aid edəcəyik. Eldar üçün xüsusi güzətşlər nəzərdə tutulmayıb. O da hamı kimi tələbədir və bu prosesi keçməlidir”.

Eldar Qasımovun nümunəvi tələbə olduğunu deyən BSU rektoru, onun həm də universitetdə beynəlxalq şöbədə işlədiyini açıqlayıb: “Eldar həm də bizim universitetdə işləyir. O alman dilini çox səlist bilir, sözsüz bu da çox gözəl bir haldır. Eldar bu müddət ərzində heç işə də gəlməyib”. Bu yaxınlarda Almaniyadan səfərdən qayıdan Kamal Abdulla, bu qələbəyə Almaniyadada çox sevindiklərini bildirib: “Məgər Eldarın qələbəsi, ancaq onun qələbəsidir? Bu qələbə bütün Azərbaycanın qələbəsidir və Azərbaycana olan münasibətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR