Bank Of Baku

Almaniya Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində təmsilçisini müəyyənləşdirmək üçün ulduz axtarışına start verib – FOTO

Almaniya Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində təmsilçisini müəyyənləşdirmək üçün ulduz axtarışına start verib – <font color=red>FOTO </font>
# 21 iyun 2011 07:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Almaniya növbəti ilin mayında Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” musiqi yarışması üçün ulduz axtarışına artıq start verib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, bu seçimlərdə ən uğurlu namizəd 2012-ci ildə Almaniyanı Bakıdakı müsabiqədə təmsil edəcək. Almaniyanın milli seçim prosesi “Brainpool” şirkətinin təşkilatçılığı ilə keçirilir. Münsiflər heyətinə Almaniyanın ən məşhur artistlərindən olan 42 yaşlı Thomas D başçılıq edəcək. Öz qrupu ilə birlikdə o dəfələrlə mükafatlara layiq görülüb. Əvvəlki illərdə isə milli münsiflərə başçılıq etmiş Stefan Saab bu şərəfli işi Thomasa verdiyindən məmnunluq hissi duyduğunu ifadə edib: “Çox xoşbəxtəm ki, bu dəfə münsiflər heyətində baş rolu məhz Thomas ifa edəcək. Əminəm ki, o, bu işin öhdəsindən layiqincə gələcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR