Bank Of Baku

Jerar Depardye Ermənistanın “Armavia” şirkətinin reklam çarxına çəkilib – FOTO

Jerar Depardye Ermənistanın “Armavia” şirkətinin reklam çarxına çəkilib – <font color=red>FOTO </font>
# 23 iyun 2011 08:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bir neçə ay əvvəl Azərbaycanda səfərdə olan və Azərbaycan kino sənayesinin inkişafına dəstək olacağını deyən, hətta Bakıda kino akademiyası açmaq istəyini dilə gətirən məşhur fransız kinoaktyoru Jerar Depardye Ermənistanın “Armavia” şirkətinin reklam çarxına çəkilib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, IX Paris Aviakosmos Salonunda keçirilən sərgidə iştirak edən J. Depardye bu reklama Rusiya istehsalı olan “Su-100” təyyarəsində çəkilib. O, təyyarənin uçuşuna baxıb və razı qalıb.

Qeyd edək ki, ilk “Su-100” təyyarəsi aprelin 19-da “Armavia” şirkətinə təhvil verilib. İkinci təyyarə isə bu yay veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR