Bank Of Baku

Sloveniya və İsveçrə “Eurovision-2012” müsabiqəsində təmsilçilərini seçmək üçün milli final gününü müəyyən edib

Sloveniya və İsveçrə “Eurovision-2012” müsabiqəsində təmsilçilərini seçmək üçün milli final gününü müəyyən edib
# 23 iyun 2011 10:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sloveniya Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” müsabiqəsi üçün təmsilçisinin seçiminə başlamaq ərəfəsindədir. APA-nın məlumatına görə, milli müsabiqənin yeni formatı “Eurovisionun misssiyası” (“Misija Evrovizija”) adı altında keçiriləcək. Milli finalın adı isə “EMA” olaraq qalacaq. Müsabiqənin şüarı “Missiya: 120 milyon tamaşaçı, 43 ölkə və qalib” olacaq. Seçim prosesi 2011-ci ilin payızında, finalı isə fevralın 12-də olacaq. Müsabiqənin prodüserleyini Klemen Slakonya edəcək. Aparıcılarından biri isə Sloveniyanın builki müsabiqə təmsilçisi Maya Keuçun olacağı planlaşdırılır. Sloveniyanın müsabiqə ilə bağlı əlaqəli qurum milli seçimlərə qatılmaq niyyətində olan sənətçilər qarşısında çoxsaylı şərtlər qoyublar - təmsilçi güclü vokal imkanlarına, mükəmməl şəkildə xarici dil bilgisinə malik olmalıdır, ekstravaqant, xarici görünüşü cəlbedici, səhnədən qorxmamalı və Sloveniyanı yüksək səviyyədə təmsil etmək potensialı olmalıdır.
Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsində İsveçrə də təmsilçisini seçəcəyi tarixi açıqlayıb. İsveçərini gələn ilin mayında bu müsabiqədə təmsil edəcək musiqiçinin adı dekabrın 10-da məlum olacaq. Məhz həmin gün bu ölkənin milli finalı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR