Bank Of Baku

Finlandiya Bakıda keçiriləcək “Eurovision-2012”də təmsilçisini yeni qaydalarla seçəcək

Finlandiya Bakıda keçiriləcək “Eurovision-2012”də təmsilçisini yeni qaydalarla seçəcək
# 28 iyun 2011 12:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” müsabiqəsində Finlandiya öz təmsilçisinin seçim qaydalarını açıqlayıb. APA-nın məlumatına görə, Finlandiyanın yayım şirkəti olan YLE bəyan edib ki, Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsinin Finlandiya nümayəndəsinin seçimi üçün yenilənmiş formatda seçim turu keçiriləcək. Bu, kulminasiyası fevral ayına planlaşdırılan, adı hələ müəyyən edilməmiş yeni musiqi yarışması olacaq. YLE vəd edir ki, bu Finlandiyanın ən mötəbər musiqili şousu olacaq. YLE mahnıların demo versiyalarını avqustun 15-dən sonra qəbul edəcək və bu proses sentyabrın sonuna qədər davam edəcək. Yeni şou yanvar ayında baş tutacaq. Şou zamanı münsiflərin seçimi, auditoriyanın fikri və fan-klubların çıxışları nəzərdə tutulur. Bütün bunlar fevral ayında Helsinki şəhərində keçiriləcək möhtəşəm final ilə bitəcək və Finlandiyanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisinin adı bəlli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR