Bank Of Baku

Azərbaycan təmsilçisi Avropa Yayım Birliyinin qanunverici orqanı olan Referent Qrupuna üzv seçilib

Azərbaycan təmsilçisi Avropa Yayım Birliyinin qanunverici orqanı olan Referent Qrupuna üzv seçilib
# 30 iyun 2011 08:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri, İctimai Televiziyanın beynəlxalq şöbəsinin müdiri Adil Kərimli Avropa Yayım Birliyinin (EBU) qanunverici orqanı olan Referent Qrupuna üzv seçilib. APA-nın müsabiqənin internet saytına istinadən yaydığı xəbərə görə, yeni üzvlər EBU-nun baş ofisində keçirilən toplantıda müəyyənləşib. Referent Qrupda olan Yuriy Aksüta (C1R - ESC 2009-un icraçı prodüsseri), Xulian Vinyolesin (RTÉ) və Federiko Lyanonun (RTVE) Referent Qrupundakı iş müddəti bitib.

Həmin yerlərə Azərbaycandan İctimai Televiziyanın təmsilçisi Adil Kərimli, belçikalı Maarten Verhagen (VRT) və bosniyalı Deyan Kukri (BHRT) bu qrupa qoşulublar. İsveçli Krister Byorkman (SVT) isə ikinci ikiillik müddətinə üzv seçilib. Almaniyanın NDR kanalının təmsilçisi Tomas Şrayber (NDR) qrupda 2013-cü ilə qədər qalıb. Xatırladaq ki, T.Şrayber “ESC 2011”in icraçı prodüser idi. Fransalı Bruno Berberes isə birillik müddətinə qrupda qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR