Bank Of Baku

Jerar Departye Azərbaycanın milli mətbəxi ilə bağlı reklam çarxına çəkilib

Jerar Departye Azərbaycanın milli mətbəxi ilə bağlı reklam çarxına çəkilib
# 30 iyun 2011 11:08 (UTC +04:00)
APA-nın məlumatına görə, bu yaxınlarda o yenidən Bakıya gəlib, amma bu dəfə onun səfəri Azərbaycan mətbəxinə həsr olunmuş reklam çarxında çəkilmək məqsədi ilə olub. Videoçarxın ssenarisi Mədəniyyət və Turizm Nazirliyinə ”CineX” şirkəti tərəfindən təqdim edilib. Bu şirkətin kreativ direktoru Leyla Qədirzadədir. Sözügedən reklam çarxının çəkilməsi üzrə keçirilən tenderdə bu şirkət qalib olub. Reklam çarxının ssenarisi ilə tanış olan Jerar Depardye də bu seçimi bəyənib.

Çoxsaylı insanların sevimlisi olan J. Depardye ləziz yeməkləri xoşlayır və ustad
şərabçıdır. Məhz buna görə məşhur aktyor reklam çarxında çəkilməyə razılıq verib.
Çəkiliş komandasının sözlərinə görə, J. Depardyenin Azərbaycan xörəklərdən çox xoşu gəlib.

Qeyd edək ki, bu fransalı aktyorun Bakıya ilk gəlişi deyil. O, ötən ilin sonlarında Azərbaycana gələrək, burada kino sənayesi ilə yaxından tanış olmuşdu. Eyni zamanda aktyor bu yaxınlarda Ermənistanın “Armavia” şirkətinin reklam çarxına da çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR