Bank Of Baku

İndiyədək 17 ölkə Azərbaycanda keçiriləcək “Eurovision-2012” müsabiqəsində iştirakını təsdiqləyib – FOTO

İndiyədək 17 ölkə Azərbaycanda keçiriləcək “Eurovision-2012” müsabiqəsində iştirakını təsdiqləyib – <font color=red>FOTO </font>
# 01 iyul 2011 14:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gələn ilin mayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək “Eurovision -2012” mahnı yarışmasında 17 ölkənin iştirakı təsdiqlənib. APA-nın məlumatına görə, bu ölkələr Sloveniya, Almaniya, Norveç, Finlandiya, İsveçrə, Avstriya, Ermənistan, Çexiya, Belçika, Macarıstan, Gürcüstan, Danimarka, Niderland, Slovakiya, Xorvatiya, İsveç və Estoniyadır.

Adları sadalanan ölkələr artıq təmsilçilərinin seçim qaydalarını açıqlayıblar və bununla bağlı hazırlığa başlayıblar. 57-ci “Eurovision” müsabiqəsinin yarımfinal mərhələlərinin mayın 22-24-də, finalının isə 26-da keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR