Bank Of Baku

Azərbaycanın birinci xanımı: ““Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi yerlə bağlı yaxın gələcəkdə qərar veriləcək”

Azərbaycanın birinci xanımı: ““Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi yerlə bağlı yaxın gələcəkdə qərar veriləcək”
# 04 iyul 2011 15:12 (UTC +04:00)
Bakı – APA. İyulun 4-də Heydər Əliyev Fondunda gələn ilin mayında Bakıda “Eurovision–2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olub. APA-nın “AzərTac” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva qarşıda müsabiqənin ən yüksək səviyyədə keçirilməsi kimi böyük məqsəd və vəzifələrin durduğunu diqqətə çatdırıb.

Müsabiqəyə qalan vaxtın o qədər də çox olmadığını vurğulayan M. Əliyeva ən vacib işlərin görülməsi üçün ilk iclasda əsas istiqamətlərin müəyyən edilməsinin zəruriliyini bildirib.

O, həmçinin müsabiqənin keçiriləcəyi yerlə bağlı təkliflərə baxıldığını, yaxın gələcəkdə bu barədə qərar veriləcəyini deyib.

İclasda “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsinə hazırlıq işləri və digər məsələlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR