Bank Of Baku

Eldar və Nigar Bodrumda moda nümayişində çıxış ediblər - FOTOSESSİYA

Eldar və Nigar Bodrumda moda nümayişində çıxış ediblər - <font color=red>FOTOSESSİYA</font>
# 05 iyul 2011 11:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycana “Eurovision” qələbəsi qazandıran Eldar Qasımov və Nigar Camal Türkiyənin kurort mərkəzi Bodrumda keçirilən moda nümayişində iştirak ediblər. APA-nın məlumatına görə, gənc qaliblər həmin tədbirdə “Running Scared” mahnısını ifa ediblər. Nigar Camal səhnəyə modelyer Ramazzonun kolleksiyasından səma rəngli uzun libasda çıxıb. Eldar isə hər zaman olduğu kimi bəyaz rəngə üstünlük verib və duet ortağı ilə həmahənglik təşkil etmək üçün boynuna eyni rəngdə şərf bağlayıb.

Moda göstərişi Bodrumun “Ship a Hay” klubunda baş tutub və həmin gün Azərbaycanda da çox yaxşı tanınan modelyer Ramazzonun yeni yay kolleksiyası nümayiş etdirilib. Podiuma “Best Model of Azerbaycan-2010” Günay Musayeva ilə yanaşı, Sərdar Ortacın bisniyalı sevgilisi Veronika, eləcə də “Miss Fashion TV” və Ukraynadan modellər çıxıb. Tədbirdə Sərdar Ortacın özü də qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR