Bank Of Baku

Azərbaycan “Eurovision-2012” müsabiqəsinin qonaqları üçün atlas hazırlayır

Azərbaycan “Eurovision-2012” müsabiqəsinin qonaqları üçün atlas hazırlayır
# 06 iyul 2011 07:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gələn il Azərbaycanda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsinə tamaşa etməyə gələcək qonaqlar üçün atlas hazırlanır. APA-nın itv.az-a istinadən yaydığı xəbərə görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən atlası hazırlamaqda məqsədi müsabiqəni izləməyə gələn xarici vətəndaşların Bakıda sərbəst hərəkət etmələrinə şərait yaratmaqdır.

Atlasda Bakı şəhərinin bütün əraziləri haqda geniş məlumat veriləcək. Paytaxtdakı mədəni-tarixi abidələr, görməli əraziləri, parklar və digər yerlər dəqiqliklə göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR