Bank Of Baku

Rusiyanın məşhur müğənnisi jurnalisti döyüb

Rusiyanın məşhur müğənnisi jurnalisti döyüb
# 06 iyul 2011 09:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyanın tanınmış müğənnisi Valeri Meladze “Komsomolskaya pravda” qəzetinin əməkdaşını döyüb. APA-nın “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, müğənninin döydüyü jurnalist qəzetin xanım foto-müxbiri Yevgeniya Qusevadır. Fotoqrafın sənətçini çəkmək istəyi insidentlə nəticələnib.
Hadisə Yana Çurikova və Denis Lazarevin nikah mərasiminin keçirildiyi restoranın ətrafında baş verib. V. Meladze “Via Qra” qrupunun solisti ilə birgə binadan çıxarkən xanım jurnalist tərəfindən şəklinin çəkildiyini görüb. Bunu görən sənətçi dərhal fotoqrafın arxasınca qaçıb və ona yetişərək qızı yerə sərib. Meladze xanım jurnalisti boğmağa çalışıb və ondan fotoaparatın yaddaş kartını tələb edib. V. Meladze həmin kartı alıb və avtomobilinə minərək ərazidən uzaqlaşıb. Jurnalist isə polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR