Emin Bakıda Yaşıl Teatrda növbəti xeyriyyəçiliyi həyata keçirib- FOTOSESSİYA
İki mahnı ifa etdikdən sonra Bakı əhlini salamlayan Emin, konsertinə təşrif buyurmuş Azərbaycan xalqına təşəkkürünü bildirib: “Nə yaxşı sizlər varsınız. Hər bir müğənninin var olması, mahnının yaşaması ilk əvvəl sizlərdən asılıdır. Hər şeyə görə sizə təşəkkür edirəm. Nə yaxşı mənim həyatımda sizlər varsınız”. Müğənni daha sonra konsertində iştirak edən nənəsi, anası və bacısını salamlayıb, onlara təşəkkürünü bildirib. Konsertdə atası, məşhur iş adamı Araz Ağalarovun iştirak etmədiyini bildirən Emin, konserti günündə atasının cərrahiyyə əməliyyat olunduğunu vurğulayıb.
Emin Ağalarov konsert boyu tez-tez tamaşaçılarla ünsiyyət saxlayıb. O, konsert məkanına təşrif buyurmuş fan-klub üzvlərinə də zaman ayırıb. Emin, ifa etdiyi hər bir mahnının mahiyyətini tamaşaçılara açıqlayıb və bu mahnıları maraqlı şəkildə ifa edib. Emin Ağalarov bu konsertində də SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevi unutmayıb. Hər zaman Müslüm Maqomayevi uca tutduğunu dilə gətirən Emin, məhz ona baxaraq hər zaman bu sənətdən zövq aldığını bildirib. Müğənni bu sənətdə Müslüm Maqomayevə baxaraq çox şey öyrəndiyini və Azərbaycanın bu cür sənətkara sahib olmasından qürur duyduğunu qeyd edib: “Ötən gün iki gözəl hadisə baş verdi. Müslüm müəllimin yaşadığı binada onun barelyefinin açılışı oldu. Eyni zamanda Tamara xanım Sinyavskayanın doğum günü oldu. Bu gün Tamara xanım da bu konsertdə olmalıdır və bir daha Sizi təbrik edirəm. Xoşbəxtəm ki, Müslüm Maqomayevi tanımışam və mənim bu gün burada olmağım məhz onun məsləhətlərinin nəticəsidir. Müslüm Maqomayev hər zaman olub, var və olacaq... Müslüm Maqomayev 30 insanın edə biləcəyindən artığını edib. Bəzən düşünürəm, görəsən mən 30 dəfə bu dünyada yaşasaydım, onun etdiklərini edə bilərdinmi? Məncə bunu heç kim edə bilməz”. Bu çıxışından sonra isə Emin Azərbaycan dilində mahnı oxumamasının səbəblərini açıqlayıb və hər bir işi gözəl görmək arzusunda olduğunu qeyd edib: “Düzdür, mən Azərbaycan dilində mahnılar oxumuram. Ancaq hazırda təqdim olunan ifa hər şeyə dəyər. Bu ifa Azərbaycan dilində ən gözəl nümunədir”. Və bu çıxış ardından Müslüm Maqomayevin ifasında “Ey əziz anam Azərbaycan” mahnısı səsləndirilib. Səhnənin kənarında quraşdırılmış böyük ekranda isə sənətkarın müxtəlif illərdə çəkdirdiyi şəkillər, Eminlə birgə kadrları nümayiş etdirilib. Emin həmin gün öz ifasında da bir mahnını məhz Müslüm Maqomayevə həsr edib və bildirib ki, Bakıda musiqi məktəblərindən birinə Müslüm Maqomayevin adı veriləcək.
Konsertdə yaşanan maraqlı məqamlar sırasında müğənninin fan-klubunun Eminə mahnı və tort hədiyyəsi olub. Fan-klub Emini repertuarından bir mahnını özləri səhnədəcə, sənətçinin yanında ifa ediblər və Emin onların bu sürprizindən sevincli anlar yaşayıb. Emin qeyd edib ki, fan-klubunun ona etdiyi tort hədiyyəsi həyat yoldaşı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə ailə qurmalarının beş illiyi münasibətilədir: “Bu tort həyat yoldaşımla ailə qurmağımızın beş illiyi münasibəti ilə hazırlanıb. Həyat yoldaşım da hər zaman olduğu kimi bu gün də mənimlədir və hazırda 8-ci sırada oturub. Mən qazandığım uğurların 50 faizini məhz həyat yoldaşıma borcluyam. Onu çox sevirəm”. Iki saata yaxın davam edən konsertdə məhz bu konsertdə iştirak etmək üçün Azərbaycana təşrif buyurmuş Böyük Britaniyanın CEO səsyazma kompaniyasının rəhbəri Alisteyra Audsleya da səhnəyə çıxıb. O, Emin haqqında müsbət fikirlərini dilə gətirib və azərbaycanlı müğənninin Böyük Britaniyada çox sevildiyini vurğulayıb. Britaniylı qonaq eləcə də Azərbaycan xalqını “Eurovision-2012” mahnı yarışmasındakı qalibiyyəti münasibəti ilə təbrik edib və gələn il Bakıda çox gözəl müsabiqənin keçiriləcəyinə əminliyini iafdə edib: “Emin Şərq dünyasından ilk müğənnidir ki, Böyük Britaniyanın “BBC 2” radiosunda üç həftədir birinci pillədən düşmür. Onun ifası İngiltərədə çox sevilir və Azərbaycan bu cür oğlu ilə fəxr etməlidir”. Nitqinin sonunda isə qonaq Eminə Britaniyada hazırlanmış və üzərində Eminin şəkli əks olunan xüsusi mükafatı təqdim edib. Eminin bu konserti də anşlaqla baş tutub. Emin bildirib ki, konsertdən yığılan pul hazırda tikilən məktəbə sərf olunacaq: “Bu məktəbin tikintisində hər birinizin payı olacaq. Buna görə sizlərə təşəkkür edirəm”. Konsertini xoş əhval-ruhiyyə ilə başa vuran Emin, tamaşaçılar tərəfindən ikinci dəfə geri qaytarılıb. Səhnəyə ikinci qayıdışında isə müğənni bu zamana qədər hər konsertində etdiyi anı təkrarlayıb. O, məşhur “Ruh” filmindən hər kəsin sevdiyi “Unchained melody” mahnısını ifa edərək səhnədən tamaşaçı salonuna düşərək xanımının yanına gəlib, ona bir qızılgül verib.
Konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, müğənninin ailə üzvləri və bir çox tanınmış simalar, eyni zamanda mədəniyyət xadimləri iştirak ediblər.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib