Bank Of Baku

“Eurovision-2011” müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Vitebskə gediblər

“Eurovision-2011” müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Vitebskə gediblər
# 08 iyul 2011 14:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2011” müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Belarusun Vitebsk şəhərinə gediblər. APA-nın məlumatına görə, qaliblərin səfərinin məqsədi “Slavyan bazarı-2011” beynəlxalq musiqi festivalında xüsusi qonaq qismində çıxış etməkdir. Eldar və Nigar bu gün axşam bu festivalın səhnəsində çıxış edəcəklər. Onlar açılış mərasimində Avropada hitə çevrilən “Running Scared” mahnısını oxuyacaqlar. Festivalda Azərbaycanı Aynişan Quliyeva təmsil edir. O, 19 ölkə iştirakçısı ilə mübarizə aparacaq. İyulun 14-də "Slavyan bazarı"nın qala konsertində qalibin adı bəlli olacaq. Eldar Qasımov Azərbaycan xalqını Aynişana dəstək olmağa da çağırıb: “Bu gün "Slavyan bazar"da bizi izləyin! Gəlin, Azərbaycanımızı bu yarışmada təmsil edən Aynişana hamımız dəstək olaq!”.

Xatırladaq ki, Aynişan Quliyeva Azərbaycanı “Eurovision-2011” müsabiqəsində təmsil etmək uğrunda Eldar Qasımov və Nigar Camalla birgə milli seçim turunda iştirak da edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR