Emin Ağalarov Azərbaycan dilində mahnı oxumamasının səbəblərini açıqlayıb - FOTOSESSİYA
Jurnalistlərin suallarını cavablandıran Emin atasının cərrahiyyə əməliyyatı olunmasından da danışıb: “Atam hazırda özünü çox yaxşı hiss edir. Futbol oynayarkən dizini zədələmişdi, təcili əməliyyata ehtiyac vardı. Ona görə də budəfəki konsertimdə iştirak edə bilmədi. Onu Almaniyada əməliyyat ediblər. Bacım konsertimdə iştirak etmək üçün Amerikadan Bakıya gəlib. Anam və nənəm də burada idilər. Atam əməliyyat olunanda heç bir ailə üzvüm onun yanında olmadı. Mənə elə gəlir ki, o bizdən incimədi, telefon vasitəsilə onunla əlaqə saxladım, hazırda özünü çox yaxşı hiss edir”.
Emin Azərbaycan dilində mahnı oxumamasının səbəbini doğma dilimizin mükəmməl bilməməsi ilə bağlayıb: “Bunun bir səbəbi var - onu açıqlamağa utanıram. Əgər mən Azərbaycan dilində mahnı oxusam, siz zalı tərk edə bilirsiniz. Ümumiyyətlə gördüyüm bütün işləri yüksək səviyyədə yerinə yetirməyi sevdiyim üçün, hələlik ana dilində mahnı oxumağa hazır olmadığımı düşünürəm”. Emin sənətinə pərəstiş etdiyi sənətkar kimi Müslüm Maqomayevin, bəyəndiyi ifaçı olaraq isə məşhur müğənni Şadenin adını çəkib.
Valideyn kimi övladlarının tərbiyəsindən də danışan sənətçi, uşaqların tərbiyəsində həm özünün, həm də həyat yoldaşının mühüm rol oynadığını qeyd edib: “Uşaqlarımızın tərbiyəsi ilə hər ikimiz məşğul oluruq. Son sözün kimin üzərində qalması ilə bağlı narazılığımız olmur. Uşaqlarımın musiqiyə marağı böyükdür. Hətta onlar artıq mənim “Just for one night” mahnımı belə oxuyurlar”. Həyatında ən önəmli tarixin anasının doğum günü olduğunu diqqətə çatdıran sənətçi bu günün bütün dünya azərbaycanlıları tərəfindən qeyd olunduğunu da vurğulayıb: “Anamın doğum günü həyatımda ən önəmli tarixlərdən biridir. Çünki o, 31 dekabrda anadan olub. Onun ad günü bizim üçün ikiqat bayramdır”.
Gələcək planlarından da danışan Emin hazırda yeni albom üzərində işlədiyini, ifalarını xaricdə təbliğ etmək yolunda çalışdığını deyib: “Yeni albomumdaki mahnıların hitə çevrilməsi üçün əlimdən gələni edəcəyəm. Avropada, dünyanın bir çox ölkəsində konsert proqramları ilə çıxış etməyi planlaşdırıram. Atam repertuarımdakı “İmpossible” mahnısını çox bəyənir. Sonuncu albomumdakı ritmik və oynaq mahnıları xoşlayır. Həyat yoldaşım Leyla xanım isə “Never a not” mahnımı bəyənir. Bu mahnını “Wonder” albomuna daxil etmək istəyirdik, sonradan fikrimizi dəyişdik. Lakin Leylanın istəyi ilə növbəti albomumda bu mahnı da olacaq”.
Mətbuat konfransının sonunda E. Ağalarov Nardaran sakinləri ilə ailəsi arasında narazılıq yaranması barədə mətbuatda yayılan məlumatlara də münasibət bildirib: “Onlar hər zaman narazılıq bildirirlər. Bu məsələyə iki tərəfdən yanaşmaq olar: birincisi, onların hətta 1 kvadrat metr torpaq üzərində belə sənədləri yoxdur. Digər tərəfdən, onlar burada uzun illərdir, yaşayırlar. Bu faktı da biz nəzərə almalıyıq. Ona görə elə qərar olmalıdır ki, həm insanların rəsmi sənədləri olsun, həm də razı qalsınlar. Bu məsələlərlə bağlı iş aparırıq. Hazırda Nardaranda müəyyən işlər görməyi planlaşdırırıq. Sonda nardaranlıların bizdən razı qalacağına inanıram”.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib