Bank Of Baku

Eldar Qasımov və Nigar Camal Türkiyədə “Sevgi, Barış, Dostluq” mükafatına layiq görülüb

Eldar Qasımov və Nigar Camal Türkiyədə “Sevgi, Barış, Dostluq” mükafatına layiq görülüb
# 11 iyul 2011 10:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Eurovision-2011” qalibləri Eldar Qasımov və Nigar Camal Türkiyənin “Sevgi, Barış, Dostluq” mükafatına layiq görülüblər. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu mükafat qaliblərə Türkiyənin Zonguldak bölgəsində keçirilən “Sevgi, Barış, Dostluq, Mədəniyyət və Sənət” Festivalı çərçivəsində təqdim olunub. Festival Ərəgli Bələdiyyəsi tərəfindən bu il 18-ci dəfə təşkil olunub. Festivalın sonunda Almaniyanın Düsseldorf şəhərində baş tutan “Eurovision” müsabiqəsində “Running Scared” mahnısı ilə birinci olan Eldar və Nigara iki ildə bir dəfə verilən “Sevgi, Barış, Dostluq” mükafatı təqdim olunub. Səhnəyə Azərbaycan və Türkiyə bayraqları ilə çıxan Eldar və Nigar “Running Scared” mahnısını ifa ediblər. Eldar və Nigar ifalarının sonunda Eregli əhalisinə “Sizləri çox sevirik, türkiyəli qardaşlarımız” sözləri ilə müraciət ediblər.
Azərbaycanın qalibləri çıxışlarından sonra media mənsublarının suallarını cavablandırıblar və yaxın vaxtlarda yenidən Türkiyədə olacaqlarını, yeni mahnılarla və layihələri ilə türk xalqının qarşısına çıxmaq istədiklərini diqqətə çatdırıblar: “Biz Türkiyəni və türk insanlarını çox sevirik. Burada duet oxumaq istədiyimiz sənətçilər də var. Amma onların kim olduğunu açıqlamayacağıq. Yaxın zamanlarda sizlər də görəcəksiniz”.

Qeyd edək ki, festival Türkiyənin tanınmış sənətçiləri Ajda Pekkan və “Cəza” qrupunun konsertləri ilə yekunlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR