Bank Of Baku

Azərbaycan təmsilçisi uşaqlar arasında keçirilən “Slavyan bazarı” beynəlxalq müsabiqəsində ikinci olub - FOTO

Azərbaycan təmsilçisi uşaqlar arasında keçirilən “Slavyan bazarı” beynəlxalq müsabiqəsində ikinci olub - <font color=red>FOTO </font>
# 15 iyul 2011 12:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanı uşaqlar arasında keçirilən “Slavyan bazarı” beynəlxalq müsabiqəsində təmsil edən Yasin Qarayev ilk üçlüyə daxil olub. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Vitebskdə böyüklərlə yanaşı, uşaqlar arasında da keçirilən “Uşaq Slavyan bazarı” festivalı yekunlaşıb. Festivalda Azərbaycan təmsilçisi, 10 yaşlı Yasin Qarayev ikinci yeri tutub. O, ikinciliyi latviyalı Valeriya Çuvizova ilə bölüşdürüb. Müsabiqənin “qran-pri”sini Rumıniyadan olan 10 yaşlı Raluka qazanıb, birinci yeri isə Qazaxıstan təmsilçisi Meyrambek Kuralay əldə edib.
Y. Qarayev 2000-ci ildə Bakıda anadan olub. O, Tofiq Quliyev adına 12 saylı musiqi məktəbində Azərbaycanın xalq artisti Rauf Babayevdən dərs alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR