Bank Of Baku

“Eurovision-2011” müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Göyçay və Zərdab rayonlarına gedəcəklər

“Eurovision-2011” müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Göyçay və Zərdab rayonlarına gedəcəklər
# 15 iyul 2011 15:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2011” müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Azərbaycanın Göyçay və Zərdab rayonlarına gedəcəklər. Onların bu səfirinin məqsədi isə bu rayonlarda qələbə günü anadan olan və qaliblərin şərəfinə Eldar və Nigar adı verilən yeni doğulmuş körpələrin ailələrinə baş çəkməkdir. Bu barədə APA-ya açıqlama verən müğənnilərin prodüseri İsa Məlikov bildirib ki, bu səfər avqust ayına planlaşdırılır.

Qeyd edək ki, “Eurovision-2011” mahnı yarışmasında birincilik əldə edən gün, yəni mayın 15-də möhtəşəm qələbə münasibəti ilə Göyçayda və Zərdabda yeni doğulan körpələrə Eldar və Nigar adları qoyulub. Göyçay rayonunun Qarabaqqal kənd sakinləri Əliyev Tərlan və Əliyeva Cəmalənin qız övladına Nigar, Zərdab şəhər sakinləri Hüseynov Ruslan və Hüseynova Reyhanın oğlan övladına isə Eldar adı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR