Bank Of Baku

Azərbaycan və Türkiyə Ermənistanda keçiriləcək “Junior Eurovision-2011” yarışmasında iştirak etməyəcək - FOTO

Azərbaycan və Türkiyə Ermənistanda keçiriləcək “Junior Eurovision-2011” yarışmasında iştirak etməyəcək - <font color=red>FOTO</font>
# 22 iyul 2011 10:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ermənistanda keçiriləcək “Eurovision Junior -2011”də iştirak üçün artıq 12 ölkə öz ərizəsini təqdim edib. APA-nın Ermənistan mətbuatına istinadən yaydığı xəbərə görə, ölkənin “Eurovision” üzrə musiqi prodüseri Qriqor Nazaryan Azərbaycan və Türkiyənin ərizə vermədiklərini deyib. Ərizələrin qəbulu iyulun 20-də başa çatıb.

Q. Nazaryan onu da əlavə edib ki, Ermənistanın Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” yarışmasında iştirakı hələ sual altındandır. O bildirib ki, ölkənin müsabiqədə təmsil olunması üçün həm Azərbaycan, həm də Avropa Yayım Birliyi təhlükəsizlik zəmanəti verməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR