Bank Of Baku

Emin Ağalarov Londonda konsert verib

Emin Ağalarov Londonda konsert verib
# 23 iyul 2011 08:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov Böyük Britaniyanın paytaxtı Londonda konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, həmyerlimizin konserti Londonun mərkəzindəki “Under The Bridge” klubunda baş tutub.

Emin Böyük Britaniyada artıq radiolarda səslənən və çarxlarda ön sıralarda olan çox sevilən mahnısını ifa edib. Onun “Wonder" albomu və “Any Time You Fall”, “Obvious” kompozisiyaları "BBC Radio 2” radiostansiyasında populyarlığına görə 1-ci olub. “Any Time You Fall” və “Obvious” kompozisiyaları isə Britaniyanın 80-dən çox radiosunun hitinə çevrilib.

Emin London konserti zamanı da tamaşaçılar qarşısında aşağıdakıları söyləyib: “Fəxr edirəm ki, “Eurovision-2012” mahnı müsabiqəsi Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Bu, çox qürurvericidir və müsabiqə Bakıda yüksək səviyyədə təşkil ediləcək”.

Konserti Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan diasporunun üzvləri, Böyük Britaniya ictimaiyyətinin tanınmış nümayəndələri izləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR