Bank Of Baku

“Slavyan bazarı”nda 2-ci olan 11 yaşlı azərbaycanlı vokalçı: “Ən böyük arzum “Junior Eurovision”da iştirak etməkdir” – FOTOSESSİYA

“Slavyan bazarı”nda 2-ci olan 11 yaşlı azərbaycanlı vokalçı: “Ən böyük arzum “Junior Eurovision”da iştirak etməkdir” – <font color=red>FOTOSESSİYA </font>
# 25 iyul 2011 14:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Uşaqlar arasında keçirilən “Slavyan bazarı” beynəlxalq müsabiqəsində ikincilik qazanan Yasin Həsənov mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, mətbuat konfransında 9 ildir keçirilən bu festivala Azərbaycanın ilk dəfə qatıldığı bildirilib. Qeyd olunub ki, Yasin Həsənov müsabiqədə ailəsinin şəxsi vəsaiti hesabına iştirak edib.

Tofiq Quliyev adına 12 saylı Musiqi Məktəbinin direktoru Gülnarə Səfərova şagirdi haqqında yüksək fikirlər söyləyib. G. Səfərova deyib ki, Yasin indiyədək bir neçə beynəlxalq müsabiqəyə qatılıb, mükafatlar qazanıb.

AzTV-nin festivala ezam olunmuş xüsusi müxbiri Zakir Musayev qeyd edib ki, müsabiqədə 23 ölkədən ifaçılar iştirak edib: “Münsiflər heyəti etiraf etdi ki, Yasin əslində birinciliyə layiq idi. Lakin “Qran-pri”yə 5 min dollar mükafat verildiyinə görə münsiflər bu mükafatı Rumıniya təmsilçisinə təqdim etmək qərarına gəlib. Bunu da belə əsaslandırdılar ki, Rumıniya Azərbaycandan kasıb ölkədir. Amma buna baxmayaraq, Yasinin ifası hamı tərəfindən çox bəyənildi və yüksək qiymətləndirildi”.

Yasin Həsənov çıxışına jurnalistləri Mətbuat günü münasibətilə təbrik etməklə başlayıb. O, üzərində əməyi olan müəllimlərinə, valideynlərinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. Yasin ən böyük arzusunun “Junior Eurovision”da iştirak etmək olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR