Bank Of Baku

Ermənistanın "Eurovision-2012" müsabiqəsində iştirakı müzakirə mərhələsindədir

Ermənistanın "Eurovision-2012" müsabiqəsində iştirakı müzakirə mərhələsindədir
# 12 avqust 2011 13:26 (UTC +04:00)
Bakı-APA. Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsində Ermənistanın iştirakı hazırda müzakirə mərhələsindədir. APA-nın məlumatına görə, bunu «Eurovison» yarışmasında Ermənistan nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan «Tert.am» saytına açıqlamasında bildirib.

Nümayəndə heyətinin rəhbəri yarışmada Ermənistanın iştirakını təsdiqləməsi barədə məlumatı təkzib edib. O, hazırda belə bir rəsmi mövqenin olmadığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycan tərəfi "Eurovision-2012" müsabiqəsində erməni nümayəndə heyətinin iştirakının təhlükəsizliyini təmin etməyə hazır olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR