Bank Of Baku

Ukraynanın “Eurovision-2012” təmsilçisini Filipp Kirkorov və Ani Lorakın rəhbərliyi altında seçiləcək

Ukraynanın “Eurovision-2012” təmsilçisini Filipp Kirkorov və Ani Lorakın rəhbərliyi altında seçiləcək
# 19 avqust 2011 12:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ukraynanın Azərbaycanda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisini tanınmış sənətçilər Filipp Kirkorov və Ani Lorakın rəhbərliyi altında seçiləcək. APA-nın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, təmsilçi “İstedadlar” şousunun qalibi olacaq. “Şou №1” adı altında keçiriləcək Ukraynanın “Eurovision-2012” təmsilçi seçimi ilə bağlı ölkənin bütün böyük şəhərlərində artıq kastinqlər keçirilib. “Şou №1” yarışması Ukraynanın “İnter” telekanalında yayımlanacaq və Freemantle formatında keçiriləcək. Bu format bu günə kimi heç bir iştirakçı ölkədə istifadə olunmayıb. Bütün iştirakçıların ifası Filipp Kirkorov və Ani Lorakın rəhbərliyi altında olacaq. 100-dən çox istedadın hər biri 10-12 iştirakçıdan ibarət 10 komanda şəklində təmsilçilik uğrunda yarışacaqlar.
Ukrayna tamaşaçıları “Eurovision-2012” yarışması üçün təmsilçi seçimində iştirak etmək hüququ qazanacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR