Bank Of Baku

Flora Kərimova qara eynəkdən imtina edib

Flora Kərimova qara eynəkdən imtina edib
# 22 avqust 2011 09:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti, ötən ay 70 yaşını qeyd edən Flora Kərimova qara eynəkdən imtina edib. Bu barədə APA-ya məlumat verən xalq artisti ötən ayın sonlarında gözündən cərrahiyyə əməliyyatı olunduqdan sonra bu addımı atıb: “Bir neçə il idi hamı məni qara eynəkdə görürdü. Şükür ki, artıq eynəksiz gəzə bilirəm. Əməliyyat uğurlu alındı. Artıq bir neçə məclisdə eynəksiz iştirak etmişəm və hamı buna çox sevinir. Yaxşı görürəm və hər şey qaydasındadır. Bundan sonra hamı məni eynəksiz görəcək”.

Qeyd edək ki, son əməliyyat Flora Kərimovanın gözündə aparılan üçüncü cərrahiyyə əməliyyatı olub. Bundan əvvəl hər iki əməliyyat uğursuzluqla nəticələnmişdi və xalq artisti uzun müddət idi ki, bütün məclislərə qara eynəklə gedirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR