Bank Of Baku

İsveçrə Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsindəki təmsilçisini dekabrın 21-də seçəcək – FOTO

İsveçrə Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsindəki təmsilçisini dekabrın 21-də seçəcək – <font color=red>FOTO </font>
# 22 avqust 2011 16:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İsveçrənin Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsi üçün təmsilçisi Kreuzlengen şəhərinin Bodensi arenasında dekabrın 21-də keçiriləcək milli finalında seçiləcək. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, italyan və fransız dilli yayımçılar tərəfindən aparılacaq regional seçim qabağı bəzi təfərrüatlar açıqlanıb. İsveçrənin milli finalında 14 iştirakçı Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar. Onlardan altısı internet vasitəsilə seçiləcək. Sentyabrın 1-dən 30-na kimi müğənnilər öz musiqilərini internet sayta yükləyə biləcəklər. Finalçılar internet seçimi və münsiflər heyətinin rəyi əsasında təyin ediləcək. Daha əlavə iki finalçının namizədliyi İtaliyanın ictimai yayımçısı olan RSİ tərəfindən irəli sürüləcək.

Bundan sonra münsiflər heyəti iştirakçıların sayını 10-dək azaldacaq, sonra isə bu iştirakçılar arasından münsiflər və internet vasitəsilə aparılan seçkinin nəticəsində 3 nəfər finala vəsiqə qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR