Bank Of Baku

“Yaxşi Cazibə”nin Bakıda çəkiləcək seriyasında Nigar Camal da rol alacaq - EKSKLÜZIV

“Yaxşi Cazibə”nin Bakıda çəkiləcək seriyasında Nigar Camal da rol alacaq - <font color=red>EKSKLÜZIV </font>
# 23 avqust 2011 13:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımvoa-APA. Türkiyənin sevilən və Azərbaycanda çoxsaylı tamaşaçı auditoriyası olan “Yaxşi cazibə” teleserialının bir bölümü Azərbaycanda çəkiləcək. APA-nın etibarlı mənbədən əldə etdiyi eksklüziv xəbərə görə, bu teleserialın Bakıdakı çəkilişləri avqustun 30-31-də və sentyabrın 1-2-də gerçəkləşəcək. Artıq üç günlük çəkim üçün məkanlar seçilib və yaradıcı qrupu bununla bağlı Bakıda olub. Çəkilişlərdən bir gün əvvəl Bakıya gələcək serial qəhrəmanları Bakıda yerli media mənsubları ilə də görüşməyi qərarlaşdırıblar. Bakıdakı serialda çəkilmək üçün Türkiyədə yaşayan azərbaycanlı aktrisa və “Yaxşi cazibə”nin danışmanı Məlahət Abbasovaya da cavabdeh qurum tərəfindən rol təklif olunub. Bu seriyada soydaşlarımızı daha bir sürpriz gözləyir. Bu da həmin serialda Azərbaycana “Eurovision” birinciliyi gətirən Nigar Camalın da rol almasıdır.

Əldə etdiyimiz məlumata görə, artıq yaradıcı heyətlə Avropa birincisi arasında razılıq əldə olunub. Çəkilişlər üç gün müddətinə baş tutacaq və çəkilişlərdən dərhal sonra yaradıcı qrup Türkiyəyə qayıdacaq. “Yaxşı Cazibə”nin Azərbaycanda çəkiləcəyi seriyada baş rol olan azərbaycanlı qız Cazibənin Vətəninə qonaq gəlməsindən bəhs olunacaq. Bu teleserialda azərbaycanlı qız obrazını sevilən aktrisa Aslihan Gürbüz canlandırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR