Bank Of Baku

Səfurə Əlizadə “Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!” xeyriyyə konsertinə aparıcılıq edəcək

Səfurə Əlizadə “Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!” xeyriyyə konsertinə aparıcılıq edəcək
# 24 avqust 2011 09:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda “Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!” devizi ilə xeyriyyə konserti təşkil ediləcək. “Məlahətli ana” Uşaqlara Yardım İctimai Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, birliyin təşkilatçılığı ilə keçiriləcək konsert Heydər Əliyev Sarayında sentyabrın 1-də baş tutacaq.

Konsertdə Azərbaycanın tanınmış incəsənət xadimləri və ifaçıları Nisə Qasımova, Aygün Bəylər, Elariz Məmmədoğlu, Aybəniz Haşımova, Səyyad Əlizadə, Sevda Yəhyayeva, Zamiq Hüseynov, Aynişan Quliyeva, Elçin Şirin, Aygün Şükürova, Məleykə Əsədova, Nurlan Əzizbəyli, İlqar Muradov, İzzət Bağırov, Mətanət İsgəndərli, Nadir Bayramlı, Nüşabə Ələsgərli, “M-brothers”, Aşıq Samirə, Emin Bədəlov, Elnur Məmmədov, Əkbər, Nura, Miri Yusif, Könül Kərimova, “Kristal” qrupu, “Maori” rəqs qrupu - Göyçək Fatimə, yumorist Fərda Xudaverdiyev, “Bülbüllər” ansamblı, 2 nömrəli uşaq evinin rəqs ansamblı və “Noğullar” rəqs ansamblının çıxış edəcəyi gözlənilir. Konsertin aparıcıları xalq artisti İlham Əsgərov və “Eurovision-2010” müsabiqəsinin beşincisi Səfurə Əlizadə olacaq.

Tədbirin keçirilməsində məqsəd rəsmi məlumatlar və birliyin öz araşdırmaları nəticəsində müəyyənləşdirilən minlərlə imkansız şagirdləri məktəbli forması və çantası ilə təmin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR