Bank Of Baku

Bolqarıstan da “Eurovision-2012”də iştirak edəcəyini rəsmiləşdirib

Bolqarıstan da “Eurovision-2012”də iştirak edəcəyini rəsmiləşdirib
# 25 avqust 2011 15:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bolqarıstan Azərbaycanda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsində iştirak edəcək. APA-nın məlumatına görə, artıq Bolqarıstanın müsabiqə üzrə yayımçısı “BNT” öz milli seçimi üçün mahnı qəbuluna başlayıb. Milli seçim müxtəlif musiqi və KİV peşəkarlarından ibarət olan ekspertlər qrupu tərəfindən idarə ediləcək. Bu gün isə Bolqarıstanın milli yayımçısı olan “BNT” “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcəyini rəsmi şəkildə açıqlayıb. Müxtəlif mahnı və KİV peşəkarlarından ibarət olan xüsusi ekspertlər qrupu dinləmə üçün 60 mahnı seçəcəklər. 30 mahnı dekabrın 12-dən 14-dək keçirilməsi nəzərdə tutulan yarımfinala vəsiqə qazanacaqlar. Bolqarıstan milli finalı isə 2012-ci ilin yanvarın 28-də baş tutacaq.

İştirakçılar öz mahnılarını noyabrın 11-dək təqdim edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR