Bank Of Baku

Eminin ifasında “Any time you fall” mahnısı Britaniyada qısa müddət ərzində 1500 dəfə səsləndirilib

Eminin ifasında “Any time you fall” mahnısı Britaniyada qısa müddət ərzində 1500 dəfə səsləndirilib
# 26 avqust 2011 10:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin Ağalarovun “Any time you fall” mahnısı qısa müddət ərzində Böyük Britaniya radio dalğalarında 1500 dəfə səsləndirilib. APA-nın müğənninin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, bu say iyun ayından bu aya kimi hesablamalar nəticəsində ortaya çıxıb. Xəbərdə bildirilib ki, Britaniyanın musiqi çartında 28-ci yerə yüksələn “Any time you fall” mahnısı 1500 dəfə səsləndirilib və bu rəqəm hər gün artmaqdadır.

Qeyd edək ki, artıq bir çox ölkələrində sevilə-sevilə dinlənilən “Any time you fall” mahnısının müəllifləri Wayne Hector və Steve Robsondur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR