Bank Of Baku

“Eurovision” üzrə Azərbaycanın musiqi koordinatoru Zəhra Bədəlbəyli: “Aparıcılar ən azı ingilis və fransız dilini bilməli və yerində zarafat etməyi bacarmalıdırlar”

“Eurovision” üzrə Azərbaycanın musiqi koordinatoru Zəhra Bədəlbəyli: “Aparıcılar ən azı ingilis və fransız dilini bilməli və yerində zarafat etməyi bacarmalıdırlar”
# 26 avqust 2011 16:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. ““Eurovision-2012” müsabiqəsinin aparıcıları ən azı ingilis və fransız dilini bilməlidirlər və əlbəttə ki, yerində və vaxtında zarafat etməyi də bacarmalıdırlar. Arzuolunandır ki, onların simaları bütün Avropada olmasa da, heç olmasa yaxın bir çox ölkədə tanınmış olsun”. APA-nın məlumatına görə, bu sözləri www.eurovisionaz.com saytına açıqlamasında Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə musiqi koordinatoru Zəhra Bədəlbəyli deyib.

Z. Bədəlbəyli Azərbaycanın müsabiqəni ən yüksək şəkildə təşkil edəcəyini əminliklə vurğulayıb: “Bakıda keçiriləcək “Eurovision-2012” yarışmasında hər şey güclü şəkildə fərqlənəcək. İstər səhnə, istər xüsusi effektlər, istər yarımfinalların və finalın musiqili açılışı, istərsə də “Eurovision” gecələri – bunlar hamısı çox gözəl və maraqlı təşkil olunacaq. Təşkilat komitəsi mümkün olan hər şeyi edəcək ki, “Eurovision-2012” tamaşaçılar və televiziya izləyicilərinin yaddaşında öz parlaqlığı və qeyri-adiliyi ilə qalsın. Bu, əsl mahnı bayramı olacaq!”

Musiqi koordinatoru “Eurovision-2012” müsabiqəsi üçün milli seçimin kastinqlərinin başlanma tarixinin hələ müəyyənləşmədiyini deyib: “Bu, sentyabrın sonundan tez olmayacaq. Ancaq milli seçimin formatı da hələlik məlum deyil. Hər il olduğu kimi, bu il də ictimai kanalın milli seçimin formatını dəyişmək hüququ var, istərsə onu qapalı edə bilər, istərsə ifaçını birbaşa təyin edər. Hələ ifaçı məlum deyil və mahnının necə olacağını söyləmək çox tezdir. Mahnı istənilən dildə, istənilən janrda yazıla bilər. Əsas odur ki, ifaçıya uyğun olsun və müsabiqənin keçirildiyi zaman kəsiyində aktual olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR