Bank Of Baku

Malta Bakıdakı “Eurovision” müsabiqəsinə göndərəcəyi təmsilçini gələn ilin yanvarın 28-də seçəcək

Malta Bakıdakı “Eurovision” müsabiqəsinə göndərəcəyi təmsilçini gələn ilin yanvarın 28-də seçəcək
# 27 avqust 2011 16:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Malta Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində hələ ki iştirakını rəsmi açıqlamasa da, artıq təmsilçisinin seçiminin tarixini açıqlayıb.

APA-nın Malta mətbuatına istinadən yaydığı məlumata görə, bu ölkənin müsabiqə üzrə cavabdeh kanalı ötən gecə milli seçimin “Malta Eurovision Song Contest - 2012” adı altında keçiriləcəyini bəyan edib.

Milli seçimlərdə iştirak etmək istəyən sənətçilər oktyabrın 20-21-də Maltanın İctimai Telekanalında qəbul olunacaq. 24 mahnı yarımfinalda iştirak edəcək və bu mahnılar bek-vokallar tərəfindən ifa olunacaq. Həmin proses yanvarın 27-də Malta televiziyası ilə canlı yayımlanacaq.

Təqdim olunmuş mahnılardan 16-sı finala vəsiqə qazanacaq. Bu mərhələdə 6 nəfər peşəkardan ibarət münsiflər heyəti seçim edəcək. Final şousu isə yanvarın 28-də baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR