Bank Of Baku

“Eurovision-2012” ilə bağlı Bakıda müsabiqənin məşvərət qrupunun ilk icaslı keçiriləcək

“Eurovision-2012” ilə bağlı Bakıda müsabiqənin məşvərət qrupunun ilk icaslı keçiriləcək
# 30 avqust 2011 20:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Avqustun 31-də “Eurovision” Mahnı Müsabiqəsinin Məşvərət qrupu Bakıda ilk iclasını keçirəcək. Bu barədə APA-ya İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr və internet şöbəsindən məlumat verilib. Toplantıya ev sahibliyi edən yayımçı-İctimai Televiziya Məşvərət qrupunun üzvlərini gələn ilin mayında keçiriləcək 57-ci “Eurovision” Mahnı Müsabiqəsinin hazırlıq prosesi ilə bağlı məlumatlandıracaq.

Məşvərət qrupunun iclasında “Eurovision Mahnı Müsabiqəsi-2012” ilə əlaqədar indiyədək görülən hazırlıq işləri, təşkilati məsələlər müzakirə olunacaq. Məşvərət qrupunun müsabiqəyə qədər 4-5 dəfə belə toplantısı gözlənilir.

Xatırladaq ki, “Eurovision Mahnı Müsabiqəsi-2012”nin yarımfinal mərhələləri mayın 22-24-də, final mərhələsi isə mayın 26-da Bakıda keçiriləcək. Müsabiqədə 40-dan artıq ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Onlardan bəziləri artıq potensial qaliblərini seçməyə başlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR